Kolumbiyada polis məmuru hədə-qorxu ilə rüşvət kimi aldığı pulu udduğu üçün vəziyyəti ağırlaşdığından xəstəxanaya yerləşdirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Kolumbiyanın paytaxtı Boqotaya yaxın olan Soaça rayonunda adı açıqlanmayan polis uydurma ittihamlar irəli sürdüyü iş adamından pul tələb edib.
Lakin naməlum iş adamı digər polislərlə əlaqə saxlayıb.
İş adamı pulu polisə verdikdən sonra rayona korrupsiya ilə mübarizə qrupları cəlb olunub.
Rüşvət almış polis izi yetirmək üçün pulu udub.
Pul boğazında ilişib qaldığı üçün polis əməkdaşı nəfəs almaqda çətinlik çəkib.
Xəstəxanaya aparılan polisin mədəsindən 500 min peso dəyərində əskinaslar çıxarılıb.