Sabir Rüstəmxanlı: “Bu, Qarabağ zəfərinin Türkiyədə yaşanan sevinci idi” – FOTOLARbackend

Sabir Rüstəmxanlı: “Bu, Qarabağ zəfərinin Türkiyədə yaşanan sevinci idi” – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

İyunun 26-da İstanbulda İpəkyolu Kamu Diplomasisi və Ekonomik İşbirliği Təşkilatı ilə Uluslararası İpəkyolu Dərgisinin 17-ci “İpəkyolu İlin Altın Adamları Ödül Töreni” keçirilib. Türk dünyasının tanınmış aydınlarından olan Seyfullah Türksoyun rəhbərliyi ilə 17-ci dəfə reallaşan mərasimdə diplomatiya, siyasət, sənət, biznes, media və elm dünyasının əhəmiyyətli simaları bir araya gəlib. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Şimali Kipr Türk cümhuriyyətinin Prezidenti Ersin Tatarın təbrik məktubları oxunub.


İnterpress.az xəbər verir ki, Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş millət vəkillərinin, tanınmış sənət və iş adamlarının iştirakı ilə keçirilən mərasimdə müxtəlif nominasiyalar üzrə mükafatlandırılanlar sırasında Özbəkistan və Qazaxstanın Türkiyədəki böyükelçiləri, Makedoniyadan, Qaqauz elindən, Rumıniyadan olan millət vəkilləri və iş adamları da var. Azərbaycandan Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı “Türk Dünyasına Hizmet Ödülü”nə layiq görülüb.

Daha sona İyul ayının 4-də İpəkyolu Kamu Diplomasisi və Ekonomik İşbirliği Təşkilatı ilə Uluslararası İpəkyolu Dərgisinin təşkilatçılığı ilə İstanbulun ən böyük otellərindən birində 400 nəfərdən çox qonağın qatıldığı möhtəşəm bir Qarabağ şənliyi keçirilib.
Təxminən beş saat davam edən məclisdəTürkiyə və Azərbaycanın tanınmış sənət xadimlərinin ifasında Qarabağa həsr edilmiş şeir və mahnılar səslənib. Türkiyədə keçirilən tədbirlər və Seyfullah Türksoyun rolu haqda millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı fikirlərini bildirib:
“Türkiyəyə son səfərimdə iştirak etdiyim Qarabağ şöləni xüsusi bir tədbir idi və buna görə Türk Dünyasının dəyərli xadimi Seyfullah Türksoya xüsusi təşəkkür etməliyik. Köhnə dostum Seyfullah bəy Türkiyədən Azərbaycana gələn ilk aydınlardan biridir. Onun Azərbaycan-Türkiyə əlaqələrində xidmətləri böyükdür, Seyfullah bəy ölkəmizdə baş verən bütün hadisələrə çox böyük həssaslıqla yanaşıb, yaxşı və pis günmlərimizdə hər zaman yanımızda olub. Nuru paşanın komandanlığı altında Bakının azad olunması uğrunda vuruşmuş əsgərlərin, Birinci Dünya Savaşında Sarıqamış döyüşündə əsir düşmüş on minə yaxın türk əsgərinin Nargin adasındakı taleyinin araşdırılmasında onun əməyi böyükdür. Seyfullah bəy Orta Asiya və bütöv Türk dünyasının dərdini dərd, sevincini sevinc bilib, Anadoludan Uyğurustanadək Türk yurdları haqqında yazıb, həqiqətləri dünyaya çatdıran bir televiziya jurnalistidir. Bu günlərdə Türkiyədə keçirilən tədbirlər də böyük əhəmiyyətə malikdir. “İpəkyolu İlin Altın Adamları Ödül Töreni”ndə mənim də mükafatlandırıldığıma görə təşkilatçılara minnətdarlığımı bildirirəm. Amma 400 nəfərə yaxın şəxsin iştirak etdiyi Qarabağ şöləni də bir başqa dəyərə malikdir. Bu, Azərbaycanın Qarabağ zəfərinin Türkiyədə yaşanan sevinci idi və niyyət budur ki, bu tədbirlər Türk Dünyası boyunca keçirilsin və Şuşada yekun vurulsun”.

 

 

İNTERPRESS.AZ