“Şagirdlərin animasiya yaratmaq bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin açılışı olubbackend

“Şagirdlərin animasiya yaratmaq bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin açılışı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
24 fevral 2022-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təskilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Şagirdlərin animasiya yaratmaq bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin açılış tədbiri keçirilib.
İnterpress.az xəbər verir ki, tədbirdə müəllimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri, valideynlər və şagirdlər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Aytac Əzimova qonaqları salamlayaraq, təşkilatın fəaliyyət istiqamətləri, layihənin məqsədi və vəzifələri barədə iştirakçılara geniş məlumat vermişdir.
Daha sonra təlimçi Elvin Əliyev təlimlərdə şagirdlərə keçiriləcək animasiya proqramları barədə məlumat verərək iştirakçıları məlumatlandırıb.
Tədbirdə söz alan müəllimlər və valideynlər layihənin aktuallığını və şagirdlərin inkişafında rolunu xüsusi qeyd edərək bu cür təlimlərin unikallığını vurğulayıb, layihəyə uğurlar arzulayıblar.
Sonda valideynləri və şagirdləri maraqlandıran suallar layihə rəhbəri və təlimçi tərəfindən cavablandırılıb.