“Laçın postu bağlanana kimi Qarabağda artıq gözlənilən “ərzaq çatışmazlığı”ndan, “səhiyyə problemlərindən” danışmağa başlayıblar”.
İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.
“Bu, növbəti dəfə “humanitar fəlakət” təbliğatına hazırlıq məqsədi daşıyır. Lakin çıxış yolu aydındır: Xankəndinə ərzaq və digər lazımi ləvazimatlar Ermənistandan yox, Bakıdan göndərilə bilər ki, əslində belə də olmalıdır, o cümlədən, sağlamlıq problemləri olan ermənilər müalicə üçün İrəvana yox, Bakıya, yaxud regionlara gətirilə bilər”, – o bildirib.