“7:1” yuxu qaydası ilə ömrünüzü 4 il uzada bilərsiniz.
İnterpress.az xəbər verir ki, bu barədə elmi araşdırmalar məlumat yayıb.
Alimlər belə qənaətə gəliblər ki, yuxu rejiminin sabitliyi onun müddətindən daha vacibdir.
Araşdırmaya görə, hər gün eyni vaxtda yatan insanlar hətta 4-6 saat yuxu ilə belə, vaxtsız ölüm riskini 31% azalda bilərlər.
“7:1” adlanan bu qayda həm ömrü orta hesabla 4 il uzadır, həm də bütün sağlamlıq göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
“7:1” qaydasını tətbiq etmək üçün aşağıdakı addımlara əməl etmək tövsiyə olunur:
-
Özünüz üçün bir saatlıq yatmaq vaxtı müəyyən edin (məsələn, 23:00-00:00 arası) və həftədə ən azı 5 dəfə məhz bu saatlarda yatağa girin.
-
İdeal olaraq 7 saat yatmaq lazımdır, lakin rejimə ciddi əməl edildiyi təqdirdə 4-6 saatlıq yuxu da kifayət edir.
-
Pozulmuş yuxu rejimi bədəndə hormonal pozuntulara səbəb olur ki, bu da orqanizmi yuxusuzluqdan daha çox zədələyir.
-
Düzgün rejim aclıq hormonunu boğur və doyma hissini gücləndirir, beləliklə gecə vaxtı yaranan iştaha aradan qalxır.
-
Müntəzəm yuxu rejimi həmçinin immuniteti artırır, yaddaşı möhkəmləndirir və orqanizmin reaksiya sürətini 12% yüksəldir. Bütün bunlar heç bir əlavə dərman və ya həb qəbul etmədən mümkündür.
Xuraman Etibarlı
İnterpress.az






