Sahibə Qafarova Numan Kurtulmuşu Azərbaycana rəsmi səfərə dəvət edibbackend

Sahibə Qafarova Numan Kurtulmuşu Azərbaycana rəsmi səfərə dəvət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşu Azərbaycana rəsmi səfərə dəvət edib.

Bu, Azərbaycan parlamentinin sədrinin TBMM sədrinə ünvanladığı təbrik məktubunda əksini tapıb.

Məktubda qeyd edilib ki, “Bir millət, İki dövlət” şüarını rəhbər tutan ölkələrimiz arasındakı strateji müttəfiqlik bütün sahələrdə olduğu kimi parlamentlərarası əlaqələr sahəsində də uğurla inkişaf edir.