Salyan rayonunda 64 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.
İnterpress.az xəbər verir ki, hadisə rayonun “Noxudlu yolu”nda baş verib.
Astma xəstəliyindən əziyyət çəkən “Plastmass” sakini Fatmaxanım Bağırovanın qəfildən astması tutub.
O, bu zaman sərnişini olduğu hərəkətdə olan avtomobilin qapısını açaraq hava almaq istəyərkən, avtomobildən yola düşərək başından xəsarət alıb.
O, hadisə yerindəcə keçinib.