Salyan şəhərində Kapital Banka məxsus bankomatların az olması sakinlərin narazılığına səbəb olub.
Bu barədə İnterpress.az-a yerli sakinlər məlumat verib.
Bildirilib ki, hər gün şəhərin Heydər Əliyev küçəsində, Kapital Bankın yerli ofisinə bitişik bankomatın qarşısında izdiham yaşanır.
Buna səbəb isə şəhər əazisində cəmi 1 ədəd bankomatın olmasıdır.
“Məlumat üçün bildirək ki, burada 20 gün əvvələ kimi cüt bankomatlar fəaliyyət göstərirdi. Yəni pensiya və müavinət verilən vaxt mütləq bankomatlardan biri işləmirdi. Müraciətimizdən sonra cüt bankomatlar təmir adı ilə sökülərək aparıldı, əvəzinə müvəqqəti bir ədəd bankomat köşkü qoyuldu. Amma 20 gündən artıq vaxt keçməsinə baxmayaraq köhnə bankomatlar yerinə qaytarılmadığından tək bankomat istifadəçilərə çətinlik yaradır”, – sakinlər bildirib.