Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə İnterpress.az-a hadisə şahidləri məlumat verib.
Bildirilib ki, yol qəzası Ələt-Astara avtomobil yolunun 54,5 km-də (Salyan şəhərinin girişində, ASAN xidmətin qarşısı) baş verib.
Belə ki, minik və yük maşınları toqquşub.
Nəticədə VAZ-2106-nın sürücüsü yüngül xəsarət alıb.