Salyanda partlamamış mərmilər tapılıb.
Rayonun Dayıkənd kəndi ərazisində kollektor qazıntısı aparılarkən 29 ədəd partlamamış mərmi aşkarlanıb.
Hadisədən sonra ərazidə qazıntı işləri dayandırılıb və aidiyyati qurumlara məlumat verilib.
Əraziyə hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.