Salyanda təhlükəli anlar: kollektorda qazıntı işləri zamanı sursat aşkarlandı – FOTObackend

Salyanda təhlükəli anlar: kollektorda qazıntı işləri zamanı sursat aşkarlandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyan rayonunda 29 ədəd partlamamış mərmi tapılıb.

Bu barədə İnterpress.az-a rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, sursatlar Dayıkənd kəndi ərazisində kollektorda dərinləşdirmə işləri aparılarkən aşkar olunub.

Sakinlər deyib ki, mərmilərin dəmiri çürümüş vəziyyətdə olsa da, içərisində barıt olub.

Buna görə də hadisə yerinə FHN və ANAMA-dan kömək istəyiblər.