Sankt-Peterburqda tükürpədici TAPINTI: Çaydan kəsilmiş insan başı ÇIXARILDI – VİDEObackend

Sankt-Peterburqda tükürpədici TAPINTI: Çaydan kəsilmiş insan başı ÇIXARILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda Moyka çayından kəsilmiş insan başı tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Fontanka” nəşri məlumat yayıb.

Rusiyanın Sankt-Peterburq şəhərində tükürpədici və qorxulu tapıntı aşkarlanıb. Şəhərin mərkəzindən keçən Moyka çayından kəsilmiş insan başı çıxarılıb.

Hadisə şahidlərinin sözlərinə görə, xüsusi xilasetmə və axtarış xidmətinin əməkdaşları çay kənarındakı 40 saylı binanın yaxınlığında əməliyyat keçiriblər.

Tapılan insan başının bir qadına, yoxsa kişiyə məxsus olduğu hələlik rəsmi olaraq müəyyənləşdirilməyib.

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları, kriminalistlər və Rusiya İstintaq Komitəsinin müstəntiqləri cəlb olunub.

Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə dərhal cinayət işi başlanıb. Kəsilmiş başın çürümə dərəcəsinin müəyyən edilməsi və qurbanın şəxsiyyətinin tapılması üçün təcili məhkəmə-tibbi ekspertizası təyin edilib.

Həmçinin xüsusi dalğıclar çayın dibində bədənin digər hissələrinin aşkarlanması məqsədilə sualtı axtarış tədbirlərini davam etdirirlər.

Xuraman Etibarlı

İnterpress.az