Santa-Klausun məzarı aşkarlandı: Arxeoloqlar Türkiyəyə axışır – FOTObackend

Santa-Klausun məzarı aşkarlandı: Arxeoloqlar Türkiyəyə axışır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada uşaqların Santa Klaus, Müqəddəs Nik və Kris Krinql kimi müasir ləqəblərlə tanıdığı Müqəddəs Nikolayın dəfn olunduğu yer aşkarlanıb. Türkiyədə tapılan məzarın arxeologiya ictimaiyyəti üçün çox əhəmiyyətli olduğu bildirilir.

Tədqiqatçılar onun cəsədinin Antalyada – 4-cü əsrə aid kilsədə dəfn edilməsindən az-çox xəbərdar idilər. Aparılan qazıntılar zamanı toplanan dəlillər, həmçinin kilsənin Qüdsdəki Müqəddəs məqbərə kilsəsi ilə oxşarlığı və İsanın təsviri olan freska Müqəddəs Nikolayın cəsədinin burada basdırıldığına bir növ sübut kimi göstərilirdi.

Qeyd edək ki, tapıntıdan sonra dünyanın hər yerindən bir çox arxeoloq məzarı araşdırmaq üçün Türkiyəyə gəlməyə qərar verib.

Ümumiyyətlə, Müqəddəs Nikolayın həyatından çox az şey məlumdur, lakin haqqında əfsanələr çoxdur. Deyilənə görə, o, üç qızı zinadan xilas edib, şeytanın ələ keçirdiyi ağacı kəsib, üç uşağı dirildib və miladi 325-ci ildə Birinci Nikeya Şurasında əlbəyaxa döyüşüb. Bundan başqa, Müqəddəs Nikolayın sərvətini anonim şəkildə yoxsullara verdiyi və nəticədə Santa Klaus əfsanəsinin yaranmasına səbəb olduğu da məlumdur.

 

Mənbə: Arkeofili