Gürcüstanda ən çox tələb olunan fast food məhsullarından biri olan “Şaurma” bahalaşıb.
İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, dəyişiklik bir neçə tanınmış şirkətin filiallarında da öz əksini tapıb.
Söhbət 1 larilik qiymət artımından gedir. Məsələn, əvvəllər balaca şaurmanın qiyməti 9 lari idisə, indi onu 10 lariyə almaq olar, standartın qiyməti isə 11 laridən 12 lariyə qalxıb.