Saxta araqdan 14 nəfər öldübackend

Saxta araqdan 14 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Orenburq vilayətində 14 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə regional hökumətin mətbuat xidmətinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir: “İndiyə qədər 22 zərərçəkən qeydə alınıb. Onlardan 14 nəfəri ölüb, digərləri isə xəstəxanadadır. Metanol zəhərlənməsi faktları üç rayonda qeydə alınıb: Yanenski, Dombarovski və Adamovski”.

Qeyd edilir ki, insanların ölümünə səbəb olan spirtli içkilərin satışı ilə məşğul olan 3 nəfər saxlanılıb.