SDF 30 günlük ultimatum barədə xəbərləri TƏKZİB ETDİbackend

SDF 30 günlük ultimatum barədə xəbərləri TƏKZİB ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SDF Suriya hökuməti ilə inteqrasiya üçün 30 günlük ultimatum barədə xəbərləri təkzib edib.

İnterpress.az xəbər verir ki, bu barədə SDF-in mətbuat mərkəzi bəyanat yayıb.

SDF mətbuat mərkəzi ABŞ və Türkiyənin alyansa Suriya hökumətinə inteqrasiyanı başa çatdırmaq üçün 30 günlük ultimatum verməsi barədə xəbərləri təkzib edib.

“Bu məlumat yalandır və qəsdən ictimai rəyi çaşdırmaq məqsədi daşıyır”, – bəyanatda vurğulanır.

“Middle East Eye” iyulun 21-də öz mənbələrinə istinadən yuxarıda qeyd olunan ultimatum barədə yazıb.

Həmçinin qeyd olunub ki, SDF-in bütün hərbi birləşmələri Suriya ordusuna inteqrasiya olunmayacaq.

SDF (Suriya Demokratik Qüvvələri) 2015-ci ildə Suriyada ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə yaradılan kürd hərbi ittifaqıdır.

Alyansın nüvəsini Suriyanın şimal-şərqində fəaliyyət göstərən kürd hərbi-siyasi təşkilatı YPG təşkil edir.

Xuraman Etibarlı

İnterpress.az