Səfirdən ŞOK İDDİA: HƏMAS Yaxın Şərqdən kənarda yeni hücumlar hazırlayırbackend

Səfirdən ŞOK İDDİA: HƏMAS Yaxın Şərqdən kənarda yeni hücumlar hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Hindistandakı səfiri bildirib ki, HƏMAS Pakistan və Banqladeşdə yeni hücumlar hazırlaya bilər.

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” televiziyası məlumat yayıb.

İsrailin Hindistandakı səfiri Ruven Azar ölkəsinin kəşfiyyat məlumatlarına istinadən HƏMAS hərəkatının Pakistan və Banqladeşdə fəaliyyət göstərdiyini və yeni terror hücumları hazırlaya biləcəyini bəyan edib.

İsrailli diplomatın sözlərinə görə, söhbət təkcə regional fəallıqdan deyil, həm də terror fəaliyyətinin Yaxın Şərqdən kənara çıxarılması üzrə potensial planlardan gedir.

Səfir bildirib ki, İsrail tərəfi HƏMAS-ın 7 oktyabr hadisələrinə bənzər kütləvi hücumları “dünyanın digər yerlərində” də təkrarlamağa çalışdığını dəqiq bilir.

Ruven Azar vurğulayıb ki, beynəlxalq birlik və regional tərəfdaşlar bu potensial təhlükəyə qarşı ciddi şəkildə ayıq-sayıq olmalıdırlar.

Diplomat Asiya ölkələrində ekstremist şəbəkələrin yayılmasının qarşısının vaxtında alınması üçün təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

Hələlik Pakistan və Banqladeş rəsmi orqanları İsrail səfirinin bu sərt iddiaları ilə bağlı hər hansı şərh verməyiblər.

Xuraman Etibarlı

İnterpress.az