Gəncə şəhər sakini, “Nuray” şadlıq sarayını icarə əsasında işlədən şəhid atası Səlim Hümbətov, barəsində Goranboy RPŞ əməkdaşları tərəfindən qərəzli şəkildə protokol tərtib edildiyini iddia edir.
şəhid atası polis əməkdaşlarının onu 4000 manat məbləğində cərimələdiyini bildirir:
“Həmin polis mənim şəhid atası statusumu tanımır. Mənə karantin qaydalarını pozduğuma görə 4000 manat cərimə yazıb. Cərimənin protokolunu istəyəndə isə cəriməni ya şöbədə, ya da onun dediyi vasitəyə ödəməli olduğumu deyir. Protokolu vermir ki, gedib cəriməmi ödəyim”.