“Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı” layihəsi çərçivəsində növbəti təlim keçirilibbackend

“Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı” layihəsi çərçivəsində növbəti təlim keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin malliyə dəstəyi ilə həyata keçirdiyi “Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı” layihəsi çərçivəsində 7-ci onlayn (zoom proqramı) tədbir-konfrans keçirilib.

“Vətən Bağı” STİB-in sədri, layihənin rəhbəri Emin Tarverdiyev layihə iştirakçılarını salamlayaraq keçirilən təlimin zəruriliyi barədə məlumat verib. Layihə rəhbəri bu gün şəhid və qazi ailələrinə dövlətimizin göstərdiyi qayğı haqqında da danışıb. E.Tarverdiyev çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin də bu sahədə şəhid və qazi ailələrinə diqqəti həqiqətən də alqışalayiqdi. . “Ümid edirik ki, bu diqqət həmişə olub və olacaq, çünki bu gün xalq olaraq ayaqüstə dayanmağımızın, daxili və xarici düşmənlərə qarşı mübarizəmizin əsasını bu insanlar qoyub ” – deyə o əlavə edib.
Lahiyənin təlimçisi, rəqəmsal marketinq üzrə ekspert Samir Mehdiyev “Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı” layihəsi çərçivəsində növbəti mövzu -” İnstagram səhifəsinin düzgün formada yaradılması və inkişaf etdirilirməsi” haqqında təlim iştirakçılarına məlumat verib. Samir Mehdiyev iştirakçıları təlim zamanı fəal olmağa çağırıb. Təlimin sonunda ekspert ona ünvanlanan sualları cavablandırıb.

Bu dəfəki təlimə “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, jurnalist Həbibə Abdulla da qatılıb. O, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin xatirəsinə hörmət ifadə edərək, onların əzizlərinə səbir, bu yolda sağlamlığını itirən qazilərimizə şəfalar diləyib.

Qeyd edək ki, təlim 2 qrup üzrə, hər qrupa 1 saat onlayn olaraq keçirilir.