Vətən Müharibəsinin şəhidi Polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı işlə təmin edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mətbuat katibi Toğrul Məmmədli məlumat verib.
O, polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşıTünzalə Məmmədovanın agentliyin əməkdaşı olduğunu bildirib:
“Ötən gün efirə gedən Xəzər TV-nin «Vaxtı Gəldi» verlişinin qonaqları şəhid ailələrinin üzvləri idi. Qonaqlardan biri şəhid Polkovnik -leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədovadır. Qeyd edim ki, Tünzalə xanım Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində həmkarımızdır. Vətən müharibəsində şücaət göstərən şəhidimiz Soltan Məmmədovun həyat yoldaşı Tünzalə xanımın xatirələrini dinlədikcə onun simasında Azərbaycan qadınının necə mərd və fədakar olduğunu görə bilirik”.