Şəkidə piyadanın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
İnterpress.az xəbər verir ki, hadisə Şəki şəhər 1-ci rayon Əbdürrəhim bəy Haqverdiyev küçəsində qeydə alınıb. Qafıl Məcidovun idarə etdiyi 17 nömrəli mikroavtobus 4 yaşlı Alxasova Solmaz Pərviz qızını vurub. Nəticədə Solmaz Alxasova ağır bədən xəsarətləri alıb. Onu dərhal Şəki RMX-na çatdırıblar. Lakin azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Solmaz Alxasovanın meyitini “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya” Birliyinin Şəki rayon şöbəsinin Meyitlərin Təşrihi bölməsinə gətirilib.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az






