ABŞ-ın Miçiqan ştatında meşədə itən səkkiz yaşlı uşaq iki gün qar yeyib və ağacın altına sığınaraq sağ qalıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
O, odun yığmaq üçün gedərkən gözdən itib.
Rayon polisi onun xilas edilməsi üçün 150 nəfərdən ibarət axtarış əməliyyatına başlayıb.
Komanda diqqətini parkın təxminən 100 kvadrat kilometrlik sahəsinə cəmləyib və nəhayət, uşağı düşərgəsindən təxminən 3 kilometr aralıda, bir taxtanın altında tapıb.
Ailəsinə təhvil verilən uşağın vəziyyətinin yaxşı olduğu açıqlanıb.