Moskvada plastik əməliyyat zamanı pasiyent klinik ölüm vəziyyətinə düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Moskvanın mərkəzində yerləşən məşhur “Seline” plastik cərrahiyyə və estetika klinikasında tibbi prosedurlar zamanı pasiyent komaya düşüb.
Hadisə tibb mərkəzinin əməliyyat otağında qeydə alınıb. Üzündə estetik əməliyyat aparılan qadın pasiyentin vəziyyəti prosedurlar zamanı qəfildən kəskin şəkildə pisləşib və onun ürək fəaliyyəti dayanıb.
Hazırda hadisə yerinə gələn operativ reanimasiya briqadası qadının həyatını xilas etmək üçün mübarizə aparır.
Təcili yardımla yanaşı, klinikaya hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub.
Qeyd edək ki, sözügedən estetika mərkəzi plastik cərrahiyyə və kosmetologiya xidmətləri üzrə fəaliyyət göstərir.
Sosial şəbəkələrdə və müxtəlif internet platformalarında pasiyentlər tərəfindən bu klinikanın göstərdiyi keyfiyyətsiz xidmətlər və həkimlərin səhlənkarlığı barədə əvvəllər də çoxsaylı şikayətlər və mənfi rəylər paylaşılıb.
Faktla bağlı müvafiq dövlət nəzarəti qurumları tərəfindən araşdırma başladılıb.
Xuraman Etibarlı
İnterpress.az






