İndoneziyada Semeru vulkanı iki kilometrlik kül buludu yaradıb, ən yüksək həyəcan elan olunub.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İndoneziyanın Yava adasında yerləşən Semeru vulkanı güclü şəkildə püskürüb. Göyə qalxan kül buludu təxminən iki kilometr hündürlüyə çatıb və bölgədə görünüşü tamamilə məhdudlaşdırıb.
Hakimiyyət orqanları dərhal ən yüksək səviyyəli vulkanik həyəcan elan edib.
Rəsmi məlumatlara görə, püskürmə dünən günün ikinci yarısında başlayıb.
Vulkanın yamacları ilə qaynayan lavaya bənzər, yüksək temperaturda olan piroklastik axınlar aşağıya doğru hərəkət edib.
Sakinlər üçün real təhlükə yarandığına görə yüzlərlə insan təxliyə edilərək müvəqqəti sığınacaqlara yerləşdirilib.
Hazırda təxliyə zonasında genişmiqyaslı təhlükəsizlik tədbirləri görülür.
Vulkanoloqlar püskürmənin davam edə biləcəyini, buna görə də bölgənin növbəti günlərdə də nəzarət altında saxlanılacağını bildirirlər.
Xuraman Etibarlı
İnterpress.az






