Seneqal hökuməti bəzi şəhərlərdəki hücumlardan sonra xaricdəki konsulluqları müvəqqəti bağlamaq qərarına gəldiyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Artıq bəzi şəhərlərdə konsulluqlara edilən hücumlardan sonra bütün konsulluqların müvəqqəti olaraq bağlandığı bildirilib.
Konsulluqlara hücum edən şəxslərin Seneqalda müxalifət lideri və prezidentliyə namizəd Ousmane Sonkonun tərəfdarları olduğu güman edilir.
Zərərlərə Milan, Paris və Nyu York kimi şəhərlərdə Seneqal konsulluqlarına edilən hücumlar səbəb olub.
Seneqalda müxalifət lideri və prezidentliyə namizəd Ousmane Sonko iyunun 1-də paytaxt Dakarda keçirilən məhkəmə iclasında zorlama ittihamlarından azad edilib və gəncləri cinayətə sövq etdiyi üçün 2 il həbs cəzasına məhkum edilib.
Qərara etiraz edən Sonko tərəfdarları nümayişlərə başlayıb və baş verən hadisələrdə 16 nəfər həyatını itirib.
Müxalifət lideri 2021-ci il fevralın 3-də Dakardakı “Sweet Beauty” gözəllik salonunun əməkdaşına təcavüz etməkdə ittiham olunub və hadisələrdə 14 nəfər həlak olub.