Seneqalın paytaxtı Dakar sahillərində qeyri-qanuni mühacirləri daşıyan qayığın batması nəticəsində 14 nəfər həyatını itirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hadisənin baş verdiyi Ouakam mahalının bələdiyyə sədrinin müavini Samba Kandji yerli mətbuata verdiyi açıqlamada qeyri-qanuni mühacirləri daşıyan balıqçı qayığının batması nəticəsində ən azı 14 nəfərin həyatını itirdiyini, axtarış-xilasetmə qruplarının işlərini davam etdirdiyini və ölənlərin sayının arta biləcəyini bildirib.
Seneqalda son vaxtlar dəniz yolu ilə Avropaya qeyri-qanuni immiqrasiya əhəmiyyətli dərəcədə artıb.
İspan qeyri-hökumət təşkilatı Caminando Fronteras (Gəzinti Sərhədləri) 60, 65 və 200 qeyri-qanuni miqrantı daşıyan 3 qayığın 23 və 27 iyun tarixlərində Atlantik okeanında yenidən Kafountin sahillərində yoxa çıxdığını açıqlayıb.
Seneqal Xarici İşlər Nazirliyi isə hadisəni təkzib edərək, 28 iyun-9 iyul tarixlərində Mərakeşin ərazi sularında 260 qeyri-qanuni miqrantın xilas edildiyini açıqlayıb.