Serbiya ABŞ və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyirbackend

Serbiya ABŞ və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin həm ABŞ, həm də Azərbaycan ilə əlaqələri daha da inkişaf etdirməyə hazır olduğunu bildirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Vuçiç paytaxt Belqradda əvvəlcə ABŞ senatorları Kris Mörfi və Qəri Pitersi, daha sonra isə Azərbaycan Milli Assambleyasının sədri Sahibə Qafarovanı qəbul edib.

Görüşlərdən sonra sosial media hesabından açıqlama verən Vuçiç ABŞ senatorlarına Kosovo ilə dialoqa verdikləri dəstəyə görə təşəkkür edib.

Serbiya Bələdiyyələr Birliyinin yaradılmasının prioritet olduğunu çatdırıb.

ABŞ ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün nələrin görülə biləcəyini müzakirə etdiklərini deyən Vuçiç ölkəsinin bu istiqamətdə istəkli olduğunu qeyd edib.

Vuçiç Qafarova ilə ikitərəfli əlaqələri müzakirə etdiklərini, iqtisadiyyat və digər sahələrdə faydalı ola biləcək situasiyaları dəyərləndirdiklərini açıqlayıb.

Azərbaycanla da münasibətləri yaxşılaşdırmaq istədiklərini vurğulayan Vuçiç bunun iki ölkə vətəndaşlarının da marağında olacağını vurğulayıb.