Serbiyada 13500 silah təhlükəsizlik qüvvələrinə təhvil verilibbackend

Serbiyada 13500 silah təhlükəsizlik qüvvələrinə təhvil verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya prezidenti Aleksandar Vucic mayın 8-də başlayan sənədsiz silahların könüllü tədarükü çərçivəsində təhlükəsizlik qüvvələrinə 13 min 500 silah, on minlərlə güllə və 2 minə yaxın partlayıcının çatdırıldığını bildirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Vuçiç ölkədə 17 nəfərin ölümü ilə nəticələnən son iki silahlı hücumdan sonra silahların təhlükəsizlik qüvvələrinə çatdırıldığı Smederevo şəhəri yaxınlığındakı Duvanistedə açıqlama verib.

Aleksandr Vuçiç mayın 8-dən bəri təhlükəsizlik qüvvələrinə 13 min 500 silah, on minlərlə güllə və 2 minə yaxın partlayıcının çatdırıldığını qeyd edib: “Vətəndaşlarımıza söz verdiyimiz bu nəticədən son dərəcə qürur duyuram. Bu, vətəndaşlarımızın təhlükəsizliyi üçün son dərəcə vacibdir”.

Qeyd edək ki, paytaxt Belqraddakı Vladislav Ribnikar İbtidai məktəbində 14 yaşlı K.K mayın 3-də mühafizəçilər və tələbələrə atəş açıb. Hücum zamanı 8-i uşaq, bir mühafizəçi olmaqla 9 nəfər ölüb, 6-sı uşaq və biri müəllim olmaqla 7 nəfər yaralanıb.

14 yaşlı gəncin bir aydır hücumu planlaşdırdığı və hücum etdiyi şagirdlərin siyahısı və məktəb planı olduğu bildirilib.

Bu hücumdan iki gün sonra 21 yaşlı U.B. Mladenvacın Dubona kəndində hərəkətdə olan avtomobildən avtomatik tüfənglə təsadüfi atəş açaraq 8 nəfəri öldürüb.

Serbiyada 17 nəfərin ölümü ilə nəticələnən iki atışmadan sonra milli matəm elan edilib.

Vuçiç mayın 7-də sənədsiz silahı olanları 8 May tarixindən etibarən silahlarını təhvil verməyə çağırıb: “Qanunsuz silahların könüllü təhvil verilməsi 1 ay çəkəcək. Ən yaxın polis bölməsinə gedin və silahlarınızı təhvil verin. Verilən müddətin sonunda polis evlərə basqın etməyə başlayacaq”.