Sergey Lavrova keçmiş “Dağlıq Qarabağ” ifadəsini işlətməməsi haqda xəbərdarlıq edildi – VİDEObackend

Sergey Lavrova keçmiş “Dağlıq Qarabağ” ifadəsini işlətməməsi haqda xəbərdarlıq edildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskvada keçirilən Azərbaycan,Ermənistan və Rusiya XİN başçılarının üçtərəfli görüşündə ən diqqətçəkən məqamlardan biri də, Rusiya tərəfinin “Dağlıq Qarabağ” ifadəsi barədə Azərbaycan dövlətinin mövqeyindən xəbərdar olmasına şahidlik etməyimiz oldu. Ermənistan tərəfinin 30 illik faktiki işğalından sonra rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində işğaldan azad etdiyi Qarabağ torpaqları Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və bizim “Dağlıq Qarabağ” adlı hansısa inzibati ərazi vahidimiz yoxdur”

Bu fikirləri “İnterpress.az”a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı ictimai fəal,jurnalist Natiq Çıraqzadə bildirib.

Natiq Çıraqzadə xatırladıb ki, görüşdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova çıxışı zamanı Qarabağın inzibati ərazi vahidi kimi adının düzgün vurğulaması xüsusunda Rusiya nümayəndə heyəti tərəfindən xəbərdarlıq edilib :

“Rusiya nümayəndə heyəti və protokol tərəfindən Sergey Lavrova keçmiş “Dağlıq Qarabağ” ifadəsini işlətməməsi haqda xəbərdarlıq edildi. Bu xəbərdarlıq, Qarabağın Azərbaycan dövlətinin tərkib hissəsi olması və Azərbaycan Respublikasının bu məsələylə bağlı qırmızı xətlərinin rəsmi Moskva tərəfindən birmənalı şəkildə qəbul edildiyinin göstəricisidir. Beynəlxalq hüquqi normalar çərçivəsində də suveren Azərbaycan əraziləri olaraq təsbit olunmuş Qarabağ torpaqlarının ərazi vahidi kimi hansı formada öz əksini tapması, Azərbaycan rəhbərliyinin Azərbaycan qanunvericiliyinə uyğun həll etdiyi məsələdir. Bizim bu məsələylə bağlı mövqeyimiz olduqca aydındır. Bütün dünya birliyi də, hüquqi normaları nəzərə alaraq məhz bizim mövqeyimizi dəstəkləyəcək. Regionun gələcək taleyinin sülh və əmin-amanlıq içərisində keçməsi üçün rəsmi Bakı, heç bir tərəfə bu versiyadan başqa hansısa alternativ tanımır”.