Sərhəddə hücum əmrini kim verib?backend

Sərhəddə hücum əmrini kim verib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərhəddə baş verən təxribat əsas diqqəti Rusiyanın üzərinə yönəldir.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı missiyasının nəticəsizliyi bir daha ortaya çıxdı: “Paşinyanın Moskva səfərindən sonra baş verdi və belə görünür ki, Nikol rusların istəyinin əleyhinə olaraq, Qərb masasından qalxmaq istəmir və Moskva Paşinyanın da bundan əvvəlki təxribatda işarə verdiyi “beşinci kalon” üzərindən toqquşma yaradır. Hərçənd, iki məqam bu təxribatın Ermənistan hakimiyyətinin plana uyğun törətdiyi versiyasını önə çıxarır. Birincisi, Nikol bu dəfə “beşinci kalon”u yox, Bakını ittiham etdi. İkincisi, Vaşinqtonda faktiki anlaşmayan tərəflər İrəvanın marağında olmadığı Brüssel və Moskva görüşünə hazırlaşır”.

Siyasi şərhçi bildirib ki, Ermənistan bu iki görüşü problem olaraq görür, bunu Vaşinqtonda razılaşdırılmayan məqamlarda görmək mümkündür: “Sərhəd məsələsində İrəvan “29,8 min kvadratkilometr ərazi”ni saxlamaq istəyir. Qarabağ məsələsində separatizmin qalmasına çalışır. Paşinyan Fransanın əsas moderatoru olacağı Kişinyov görüşündə bu məsələlər üzərindən qazanclı çıxmağa hazırlaşır, lakin bundan öncə keçiriləcək iki görüş planına uyğun gəlmir”.

A.Nərimanlı söyləyib ki, Brüsseldə liderlər görüşəcək və Qarabağın Azərbaycanın daxili məsələsi olduğuna dair əvvəlki razılaşmalar yenidən aktuallaşacaq:

“Moskvada XİN rəhbərlərinin görüşündə üçtərəfli razılaşmalar müzakirə olunacaq, xüsusilə sərhədin hansı xəritələr üzərindən delimitasiya olunması ön plana çıxa bilər: Paşinyan “8 kəndə qarşılıq erməni kəndləri” iddiasını gündəmə gətirsə də, İrəvanın əsas istəyi “güzgü prinsipi”nin tətbiq edilməsi – orduların sərhəddə əvvəlki xətlərə çəkilməsidir;
Hər iki görüşdə İrəvanı çətinlik gözləyir. Və Bakı Kişinyov masasına əlini gücləndirmiş şəkildə əyləşə bilər.Ermənistan sərhəd hücumu ilə Brüssel və Moskva danışıqlarının gündəliyini dəyişmək, Fransanın olacağı masaya qədər prosesi pozmağa çalışır və mümkündür ki, təxribatlar davam edəcək”.