Sərxoş sürücü iki polis əməkdaşının ölümünə səbəb oldubackend

Sərxoş sürücü iki polis əməkdaşının ölümünə səbəb oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tbilisi-Senaki-Leselidze avtomobil yolunun Qori-Kareli hissəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Daxili İşlər Nazirliyinin iki əməkdaşı ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

30 yaşlarında şəxs sərxoş vəziyyətdə avtomobil idarə edərkən yolda dayanmış patrul avtomobili ilə toqquşub, ekipaj üzvləri – hər iki polis əməkdaşı yerindəcə dünyasını dəyişib.

İkinci maşının sürücüsünə gəlincə, o, “Qormedi” şəbəkəsinin Kareli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Klinikadan verilən məlumata görə, yaralının vəziyyəti stabildir, stasionar müalicə tələb olunmur.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.