Ermənistanda seçkilərdə rüşvət verməkdə ittiham olunan müxalif deputatlığa namizədlər həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Ermənistanda keçirilən parlament seçkiləri zamanı seçicilərin səslərini satın almaqda (rüşvət verməkdə) ittiham olunan iki müxalif deputatlığa namizəd həbs edilib, daha bir nəfər isə ev dustaqlığına buraxılıb.
Məhkəmənin qərarı ilə “Ermənistan” blokunun üzvü Ruslan Barseqyan və “Güclü Ermənistan” partiyasının nümayəndəsi Aşot Yeqiazaryan barəsində həbs qətimkan tədbiri seçilib.
“Ermənistan” blokundan olan digər namizəd Asatur Koçaryan isə ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, hələ iyunun 17-də Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) Baş Prokurorluğa sözügedən siyasətçilərə qarşı cinayət təqibinə başlamaq üçün rəsmi icazə vermişdi.
Siyasətçilər iyunun 7-də ölkədə keçirilmiş növbədənkənar parlament seçkiləri zamanı vətəndaşlara qanunsuz olaraq maddi vəsait paylamaq və qanunsuz yollarla səs toplamaq ittihamları ilə üzləşiblər.
Hazırda istintaq orqanları tərəfindən seçki saxtakarlığı faktı üzrə genişmiqyaslı araşdırmalar aparılır, müxalifət dairələri isə bu həbslərin siyasi təzyiq xarakteri daşıdığını iddia edirlər.
Xuraman Etibarlı
İnterpress.az






