Səudiyyə Ərəbistanı ilə Yaponiya arasında 15 müqavilə imzalanıbbackend

Səudiyyə Ərəbistanı ilə Yaponiya arasında 15 müqavilə imzalanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı ilə Yaponiya arasında 15 müqavilə imzalanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz əl-Falih bildirib.

O, sənədlərin qarşılıqlı sərmayələri artırmaq üçün imzalandığını söyləyib. Onun sözlərinə görə, razılaşmalar süni intellektdən tutmuş enerjiyə qədər hər şeyi əhatə edib.

Qeyd edilib ki, iki ölkə arasında əməkdaşlıq 60 ildən çoxdur davam edir.

Tərəflər arasında imzalanan müqavilələr süni intellekt, idman, maliyyə, bank xidmətləri, polyesterin təkrar emalı, kənd təsərrüfatı, qida, sənaye, istehsal, ticarət, enerji, rəqəmsallaşma, ağıllı şəhərlər və fərdiləşdirmə sahələrini əhatə edir.