Səudiyyə Ərəbistanı İsveçin Ər-Riyaddakı səfirini Quran-ı Kərimin yandırılması icazəsinə cavab olaraq Xarici İşlər Nazirliyinə çağırıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bəyanatda İsveç hökumətindən xalqlar və dövlətlər arasında mövcud olmalı olan hörmətə xələl gətirən, tolerantlıq və mötədillik kimi dəyərlərə zidd olan hərəkətləri dayandırması tələb olunub.
Səudiyyə Ərəbistanı iyunun 29-da İsveçin paytaxtı Stokholmda Qurani-Kərimin yandırılması aktını pisləyib.
İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika adlı şəxs iyunun 28-də Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb.