Səudiyyə Ərəbistanı Ümrə mövsümünün başladığını elan edibbackend

Səudiyyə Ərəbistanı Ümrə mövsümünün başladığını elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı həcc ziyarətləri bitdikdən sonra ümrə ziyarətləri üçün vizalara başladığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Həcc və Ümrə Nazirliyinin bazar ertəsi günündən etibarən Ümrə ziyarətləri üçün elektron vizalara başladığı bildirilib.

Həcc və Ümrə Nazirliyinin müqəddəs torpaqları ziyarət edən müsəlmanların sayını artırmaq üçün göstərdiyi səylərə diqqət çəkən xəbərdə, ziyarəti asanlaşdırmaq üçün tətbiq edilən “Nusuk” tətbiqi ilə elektron viza müraciətlərinin edilə biləcəyi qeyd edilib.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bu il 150 ölkədən 1 milyon 845 min nəfərin zəvvar olduğunu açıqlayıb.