Səudiyyə Ərəbistanında 5 milyona yaxın narkotik həb ələ keçirilib.
Bu barədə İnterpress.az yerli mətbuata istinadən xəbər verir.
Ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, Narkotiklərlə Mübarizə Baş İdarəsi gəncləri hədəf alan narkotik şəbəkələrinə qarşı əməliyyatlarını davam etdirir.
Bu çərçivədə qruplar paytaxt Ər-Riyad bölgəsində kabel daşınmalarında gizlənmiş 4 milyon 962 min narkotik həb ələ keçirib.
Əməliyyat zamanı xarici ölkə vətəndaşı da saxlanılıb.
Səudiyyə Ərəbistanında ötən il oktyabrın 17-dən noyabrın 30-dək Ər-Riyadda keçirilən 3 əməliyyatda ümumilikdə 6 milyon 200 min narkotik həb ələ keçirilib.






