Səudiyyə Ərəbistanının Turizm Nazirliyi Türkiyə də daxil olmaqla 6 ölkənin vətəndaşlarına giriş vizalarını asanlaşdıracaq yeni prosedurları açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Səudiyyə Ərəbistanı Turizm Nazirliyinin X sosial media platformasında verilən açıqlamada Səudiyyə Ərəbistanı Krallığının 6 ölkəyə səfər vizalarının əhatə dairəsini genişləndirdiyi bildirilib.
Türkiyə də daxil olmaqla 6 ölkədən ziyarət vizalarını elektron şəkildə və ya Səudiyyə Ərəbistanına giriş zamanı əldə etməyin mümkün olacağı, söz mövzusu ölkələrin Türkiyə, Panama, Saint Kitts və Nevis, Seyşel adaları, Mavrikiy olduğu bildirilib.
Adı çəkilən ölkələrdən Səudiyyə Ərəbistanına ziyarət vizası olanların turist səfəri ilə yanaşı, Ümrə ziyarəti də edə biləcəyi bildirilsə də, sözügedən vizanın Səudiyyə Ərəbistanında işləməyi əhatə etmədiyi qeyd edilib.
Səudiyyə Ərəbistanı turizmi 2030-cu ilə kimi inkişaf etdirmək məqsədi ilə 2016-cı ildə ölkədəki tarixi və mədəniyyət obyektlərini ziyarətçilərin üzünə açıb.
Səudiyyə Ərəbistanı ölkənin neftə əsaslanan iqtisadiyyatını şaxələndirməyi və 2030-cu ilə qədər illik ziyarətçilərin sayını 100 milyona çatdırmağı və bu sektorda bir milyon insan üçün məşğulluq yaratmağı hədəfləyir.