Seymur Orucov Həsənsu kənd yaşayış məntəqəsində vətəndaşların növbəti səyyar qəbulunu keçiribbackend

Seymur Orucov Həsənsu kənd yaşayış məntəqəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağastafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Həsənsu kənd yaşayış məntəqəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

Həsənsu kənd tam orta məktəbin akt zalında keçirilən qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və aparatının şöbə müdirləri, aidiyyəti təşkilatların məsul şəxsləri iştirak ediblər.

Təklif və müraciətlə çıxış edən hər bir sakin fərdi qaydada qəbul olunub. Qaldırılan məsələlər ətrafında müvafiq müzakirələr aparılıb və həlli istiqamətləri ilə bağlı lazımi tədbirlər müəyyənləşdirilib.

Yaşayış məntəqəsində həyata keçirilən quruculuq işləri çərçivəsində son olaraq görülən işlərə dair qeyd olunub ki, şəhidlərin xatirəsinə daha bir bulaq abidəsi inşa olunaraq sakinlərin istifadəsinə verilib, növbəti 5,1 km uzunluğunda kənddaxili yol xırlanaraq cari təmir olunub, əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması məqsədilə Həsənsu çayından 800 metr uzunluğunda yeni suvarma arxı çəkilib, mövcud suvarma arxlarının isə ümumi uzunluğu 2,8 km hissəsi lildən təmizlənib, 4 ədəd subartezian quyusu təmir olunaraq istifadəyə verilib.

image-img-20220601-wa0053 image-img-20220601-wa0052 image-img-20220601-wa0049 image-img-20220601-wa0050 image-img-20220601-wa0047 image-img-20220601-wa0048 image-img-20220601-wa0051