Seyran Ohanyan Ermənistanın Fransadan silah almasına qarşıdırbackend

Seyran Ohanyan Ermənistanın Fransadan silah almasına qarşıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan hazırda silah təchizatının şaxələndirilməsini Rusiya ilə münasibətlərin pisləşməsi hesabına həyata keçirir”.

İnterpress.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının başçısı, sabiq müdafiə naziri Seyran Ohanyan Milli Assambleyada keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, təhlükəsizlik və hərbi-texniki əməkdaşlıq sahəsində diversifikasiya Ermənistan üçün yenilik deyil, əvvəllər də Rusiya ilə yanaşı, başqa ölkələrdən də müəyyən miqdarda silah-sursat əldə olunub: “Əməkdaşlığın qurulması zamanı nəqliyyat və logistika çətinlikləri həmişə nəzərə alınıb. Bütün bu illər ərzində daşımalar Gürcüstan ərazisindən, qismən də İrandan keçməklə həyata keçirilirdi”.