Şimali Koreya İsrail və Fələstin arasındakı faciənin tamamilə ABŞ tərəfindən törədildiyini iddia edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Yaxın Şərqdəki vəziyyətlə bağlı açıqlama verib. Açıqlamada münaqişə başlayandan sonra ABŞ-ın dərhal İsrailə yardım və silahla dəstək verməyə başladığı ifadə edilib və bölgədəki faciənin tamamilə ABŞ-dan qaynaqlandığı irəli sürülüb. Bəyanatda ABŞ prezidenti Co Baydenin müharibəyə dəstək vermək üçün İsrailə getdiyi və həmçinin ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) münaqişəyə “fasilə” verilməsini tələb edən qətnamə layihəsinə veto qoyduğu qeyd edilib.
ABŞ-ın “Yaxın Şərqdəki böhrana görə məsuliyyəti “təcavüzkar” adlandırdığı Fələstinin üzərinə qoyduğu vurğulanıb və əlavə edilib:
“Beynəlxalq ictimaiyyət ABŞ-ın hərəkətlərini yaxından izləməli və qətiyyətlə bu təhlükəli və axmaq təşəbbüsü qınayırıq və rədd edirik”.
Bəyanatda Yaxın Şərqdəki böhranın ABŞ-ın “qəsdən təxribatları” ucbatından daha da artdığı iddia edilib.