Şimali Koreya nüvə potensialını artırırbackend

Şimali Koreya nüvə potensialını artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen In ABŞ-a qarşı hazırlanmış qitələrarası ballistik raketin buraxılış sınağından sonra ölkəsinin nüvə silahı və raket imkanlarını artıracağını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ-ı vurmaq üçün hazırlanmış Hwasong-18 tipli bərk yanacaqlı qitələrarası ballistik raketin buraxılış sınağını izləyən Kim buraxılışdan sonra açıqlamalar verib.

Kim öz bəyanatında ölkəsinin nüvə silahı və raket imkanlarını gücləndirəcəyinə söz verib və bildirib ki, sınaq ABŞ və Cənubi Koreyanın məsuliyyətsiz hərbi hərəkətlərinə qarşı ölkəsinin özünümüdafiə səylərinin bir hissəsidir.