Şimali Koreya Yaponiyanın NATO ilə yaxınlaşmasının və “gizli ittifaq” axtarışının arxasında ABŞ-ın dayandığını bildirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ABŞ Asiya-Sakit okean regionunda hərbi blok yaratmağa çalışır.
Şimali Koreya Xarici İşlər Nazirliyinin Yaponiya Araşdırmaları İnstitutundan Kim Sol-hva bildirib ki, NATO-nun Asiyada ilk dəfə olaraq Tokioda əlaqə ofisi açmaq planı Yaponiyanın NATO ilə “gizli ittifaqı”nın nümunələrindən biridir.
Yaponiyanın NATO ilə hərbi əlaqələrinin beynəlxalq ictimaiyyətdə “böyük narahatlıq” yaratdığını deyən Kim, Yaponiyanın NATO ilə yaxınlaşmasının arxasında ABŞ-ın olduğunu və beləliklə, NATO-nun Asiya versiyasını yaradaraq, “hegemonluğunu qorumağa çalışdığını” iddia edib.
Kim vurğulayıb ki, ABŞ İkinci Dünya Müharibəsindən sonra “Qərb ölkələrini kommunist ölkələrinin təcavüzündən qorumaq” bəhanəsi ilə Asiya-Sakit okean regionunda hərbi blok yaratmağa cəhd edir.