Sinqapurda 20 ildən sonra ilk dəfə qadın edam cəzasına edilibbackend

Sinqapurda 20 ildən sonra ilk dəfə qadın edam cəzasına edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sinqapurda narkotik alverində təqsirli bilinən Saridewi Djamani ölkədə son 20 ildə edam edilən ilk qadın olacaq.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Transformativ Ədalət Cəmiyyətindən (TJC) verilən açıqlamada 2018-ci ildə narkotik ticarəti ilə bağlı edam cəzasına məhkum edilən Saridewi Djamaninin iyulun 28-də edam ediləcəyi bildirilib.

Sinqapurda edam cəzasını gözləyən iki qadından biri olan Saridewinin ifadə verərkən narkotik maddə çəkdiyi və bu səbəbdən polisə düzgün izahat verə bilmədiyi iddia edilib.

Sözügedən edam ölkədə 2004-cü ildən bəri ilk qadın edamı olacaq.

COVID-19 səbəbiylə edamların dayandırıldığı Sinqapurda epidemiyadan sonra 13 nəfər edam cəzasına məhkum edilib.