Hindistanda meşədə odun yığan qadın aslanın hücumu nəticəsində ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
40 yaşlı Bhanuben Amheda Qucarat əyalətinin Gir Somnath bölgəsində dostları ilə meşədə odun yığarkən şir hücumuna məruz qalıb.
Meşə məmuru Khimanand Pampaniya, aslanın hücum edərək meşəyə sürüklədiyi Amhedanın cəsədini bu gün tapdıqlarını söyləyib.
Bundan əlavə, Pampaniya dəniz kənarındakı ərazinin şirlər üçün yaşayış yeri olmadığını, yalnız tranzit marşrut kimi istifadə etdiklərini bildirib.