Siyavuş Novruzov: “Saytlar vasitəsilə Azərbaycandakı hərbçilərə müraciətlər daxil olur”backend

Siyavuş Novruzov: “Saytlar vasitəsilə Azərbaycandakı hərbçilərə müraciətlər daxil olur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ayrı-ayrı ölkələrdə saytlar yaradılır və Azərbaycandakı hərbçilərə müraciətlər daxil olur. O cümlədən keçmiş Əfqanıstanda xidmət edən hərbçilərə müraciətlər olur”.

Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin iyunun 6-da keçirilən növbədənkənar sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin saytlar vasitəsilə müxtəlif formada vədlər verilir:

“Əməkhaqları sadalanır ki, muzdlu şəkildə proseslərdə iştirak etsinlər. Hesab edirəm ki, bunun qarşısı ciddi şəkildə alınmalıdır. Kimlərisə şirnikləndirmə yolu ilə vaxtı ilə İŞİD-ə cəlb etmişdilər. 988 nəfər azərbaycanlı orada iştirak edib və sonradan hamısı ölkədə müxtəlif cinayətlərdə iştirak etdi. Odur ki, buna yol verməməliyik və bunu qanunla tənzimləməliyik”.