Siyəzəndə faciəli şəkildə ölən polis Ramiz Mehdiyevin qohumu imiş – ÖZƏLbackend

Siyəzəndə faciəli şəkildə ölən polis Ramiz Mehdiyevin qohumu imiş – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyəzən rayonunda dəm qazından zəhərlənərək vəfat edən polis əməkdaşlarından biri olan Elmir Əsgərov AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin kürəkəninin qohumu olub.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, mərhum polis əməkdaşı Ramiz Mehdiyevin kürəkəni İlham Əli-Səftər oğlu Əliyevin qohumudur.

Qeyd edək ki, ötən gün Siyəzən rayonunda iki polis zabiti dəm qazından boğularaq vəfat edib. Araşdırmalarla yanvarın 8-dən 9-na keçən gecə Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları – 35 yaşlı Elmir Əsgərov, 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq vəfat etmələri məlum olub.