Slovakiyada yeni qurulan hökumətin baş naziri Robert Fiko Ukraynaya hərbi yardımın dayandırılacağını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Slovakiyadakı koalisiya hökumətinin baş naziri Robert Fiko açıqlamasında Kiyevə hərbi yardımı dəstəkləməyəcəyini bildirib.
Ukraynaya hərbi yardımın dayandırılacağını bildirən Fiko deyib ki, Avropa Birliyi silah tədarükçüsündən vasitəçiyə keçməlidir.
Fiko Qərbin Rusiyaya qarşı sanksiyalarına qarşı çıxıb və Slovakiyaya təsirini görməsə, Moskvaya qarşı heç bir sanksiyalara səs verməyəcəyini bildirib.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı Fiko vurğulayıb ki, onların 10 il həll olunmamış münaqişə ilə məşğul olmaqdansa, 10 illik sülh danışıqlarında iştirak etməsi daha yaxşı olardı.
Slovakiyada 30 sentyabrda keçirilən seçkilərdə birinci olan Sosial Demokrat Partiyası (SMER), Liberal Səs Partiyası (HLAS) və Slovak Milli Partiyası (SNS) arasında qurulan koalisiya hökuməti bu gün fəaliyyətə başlayıb.
4-cü dəfə Slovakiyanın baş naziri vəzifəsini icra edən SMER sədri Robert Fico prezident Zuzana Çaputovanın yeni kabineti təsdiqləməsindən sonra keçirilən mərasimdə konstruktiv hökumət olacaqlarına söz verib.