Sloveniya hökumətindən SƏRT QƏRAR: Sosial şəbəkələrə yaş məhdudiyyəti GƏLİRbackend

Sloveniya hökumətindən SƏRT QƏRAR: Sosial şəbəkələrə yaş məhdudiyyəti GƏLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sloveniyada 15 yaşınadək uşaqlara sosial şəbəkələr qadağan edilə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Sloveniya hökuməti 15 yaşınadək uşaqlar üçün sosial şəbəkələrdən istifadəni qadağan edən yeni qanun layihəsi hazırlayır.

Ölkənin baş nazirinin müavini Matey Arçon bildirib ki, sözügedən sənəd uşaqların və yeniyetmələrin virtual mühitdəki təhlükələrdən qorunmasına yönəlib.

Məlumata görə, qanun layihəsi Sloveniya Təhsil Nazirliyinin təşəbbüsü ilə ərsəyə gətirilib.

Hökumət rəsmiləri hesab edirlər ki, belə bir məhdudiyyət gənc nəslin psixi sağlamlığının qorunması və sosial şəbəkələrin mənfi təsirlərinin azaldılması üçün mühüm addımdır.

Xuraman Etibarlı

İnterpress.az