Sloveniya Xorvatiya və Macarıstanla sərhəd nəzarətini bərpa edirbackend

Sloveniya Xorvatiya və Macarıstanla sərhəd nəzarətini bərpa edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa və Yaxın Şərqdə baş verən son hadisələrlə əlaqədar Sloveniya hökuməti Avropa İttifaqının (Aİ) üzvü və Şengen ölkələri Xorvatiya və Macarıstanla quru sərhəd qapılarına nəzarəti bərpa etmək qərarına gəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Sloveniya Xəbər Agentliyinin (STA) xəbərində qeyd olunub ki, Sloveniya hökuməti bu gün keçirilən iclasında Aİ üzvü və Şengen ölkələri Xorvatiya və Macarıstanla quru sərhəd qapılarında nəzarəti yenidən tətbiq etmək qərarına gəlib.

Xəbərdə sözügedən qərarın oktyabrın 21-dən etibarən tətbiq olunmağa başlanacağı və ən az 10 gün davam edəcəyi bildirilib.

Bildirilib ki, zərurət yaranarsa, bu müddət uzadıla bilər.

Digər tərəfdən İtaliya dünən eyni səbəblə Sloveniya ilə quru sərhəd qapılarında yoxlamaların yenidən tətbiq edilməsinə qərar verdiyini açıqlayıb və Almaniya Daxili İşlər Nazirliyinin oktyabrın 16-da verdiyi açıqlamada Almaniyanın Aİ-ni Polşa, Çexiya və İsveçrə sərhədlərində müvəqqəti yoxlamalar aparacağını bildirib.