Soçi danışıqlarının nəticəsi: “Azərbaycan yeni hərbi əməliyyatlar keçirə bilər” – Proqnozbackend

Soçi danışıqlarının nəticəsi: “Azərbaycan yeni hərbi əməliyyatlar keçirə bilər” – Proqnoz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Türkiyə Soçi görüşündən sonrakı siyasi konfiqurasiyanı Moskva ilə gərginliyə getməmək xətti ilə inşa edəcək”.

Bu sözləri Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda baş tutan Soçi danışıqlarını dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov İnterpress.az-a açıqlamasında deyib.

O, qeyd edib ki, Putin Paşinyanın Soçi görüşündən öncəki Qərbə sürüşən mövqeyini unutmayıb və İrəvanı cəzalandırmaq Moskvanın prioritetləri sırasında dayanır, hazırkı durğunluq isə yalnız situativ mövqedən irəli gəlir:

“Putinin “Cənubi Qafqazdakı sülh modelində Vaşinqton variantı əsas götürülə bilməz” tezisini tərəflərə çatdırmaq mənasını özündə ehtiva edirdi. Lakin bu danışıqlar Qərb-Rusiya rəqabətini zəiflətməyəcək, Azərbaycan isə masada əlini yumruğa çevirmək üçün yeni hərbi əməliyyatlar keçirə bilər. Bu, həm sülhməramlılar olan zonada, həm də sərhəddə baş tutacaq güc tətbiqi təsvirini cızmağa əsaslar verir. Lakin Bakı bir müddət də İrəvana vaxt tanıyacaq. Putinin görüşdən sonra verdiyi açıqlamanın “qırmızı xətti” Azərbaycanın sərhədlərin delimitasiyasına dair prinsipiallığını müdafiə edir. Putinin “Rusiya Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası məsələsini həll etmək üçün Sovet Baş Qərargahının ən dəqiq xəritələrini təqdim etməyə hazırdır” deməklə, İlham Əliyevin sərhədlər barədəki tezisinə dəstək verib. Ancaq Putin indi də sülhməramlı kontingentin taleyini Ermənistanla Azərbaycan arasında sərhəd mövzuları kontekstində müəyyən etmək istəyir. Yəni sərhəddəki gərginlik Rusiyanın Qarabağda qoşun saxlaması üçün Kremldə stimulverici ideyaya çevrilə bilər.

Azərbaycanla Türkiyə Soçi görüşündən sonrakı siyasi konfiqurasiyanı Moskva ilə gərginliyə getməmək xətti ilə inşa edəcək. ABŞ-ınn proseslərdəki iştirakı və İrəvana artan marağı Rusiyanın Ermənistanı cərimə meydançasına salması ilə nəticələnəcək”.